BAKI, 3 sentyabr. TELEQRAF

Abşeron rayonunun Saray qəsəbəsində tikinti fəaliyyəti ilə məşğul olan “Azəroğlu 33” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində inzibati cərimə tətbiq edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib olunan protokolda qeyd olunub.

Məlum olub ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tikinti işlərinin dayandırılması barədə agentlik tərəfindən verilmiş qərara əməl edilməyib, tikinti işləri davam etdirilib.

Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə MMC 15 min manat cərimə edilib.