BAKI, 3 sentyabr. TELEQRAF
“Hazırda Ukraynanın 1991-ci il sərhədləri çərçivəsində bərpasından danışmaq qeyri-realdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Tramp bildirir ki, yerdəki reallıqları (Ukrayna ərazilərinin işğalını – red.) nəzərə almaq lazımdır. Bu, 1991-ci il sərhədlərindən danışan Avropadan köklü fərqdir. Təsəvvür edirsinizmi, hətta onların bizi sevməsini və ya sevməməsini bir kənara qoysaq belə, indi hansısa realist siyasətçi deyə bilərmi ki, Ukrayna məsələsi Ukraynanın 1991-ci il sərhədləri çərçivəsində bərpası yolu ilə həll edilməlidir?” - Lavrov vurğulayıb.
Xarici işlər naziri qeyd edib ki, Rusiya Ukraynanı onun müstəqillik bəyannaməsi əsasında tanıyıb:
“Biz Ukraynanı onun müstəqillik bəyannaməsi əsasında tanımışdıq. Orada yazılmışdı və bu gün də yazılıb ki, Ukrayna müstəqil, neytral, bloklara qoşulmayan və nüvə silahına malik olmayan dövlət olacaq. Bütün bu prinsiplər artıq silinib”.