BAKI, 25 avqust. TELEQRAF

"Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində vida mərasimi təşkil edilib. Onlara təşəkkür edirəm".

Teleqraf xəbər verir ki, bunu Xalq artisti Tofiq Bakıxanovun vida mərasimində oğlu Vahid Bakıxanov jurnalistlərə deyib.

"Atamla bağlı xatirələrim çoxdur. O, işgüzar və zəhmətkeş insan idi, 24 saat işləyirdi. Azərbaycan mədəniyyətinin ən fəal musiqiçilərindən biriydi. Hər zaman öz müəllimlərinin adını, Üzeyir Hacıbəylinin və Qara Qarayevin xatirəsini yaşadırdı. Çox gözəl və xoşbəxt həyat yaşadı", - deyə V.Bakıxanov əlavə edib.