BAKI, 3 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin amerikalı aktyor və rejissor Stiven Siqalı “Rusiyanın böyük dostu” və “ən yaxşı sülh elçisi” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

“ABŞ-də çoxlu dostumuz var və onlardan biri indi bu salondadır - cənab Stiven Siqal. Sizdən onu sevməyinizi və ona rəğbət bəsləməyinizi xahiş edirəm”, - dövlət başçısı deyib.

Putin qeyd edib ki, o, ən yaxşı sülh elçisidir, bütün dünyada təkcə aktyor yox, Rusiyanın böyük dostu kimi də tanınır.