BAKI, 3 sentyabr. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərdə biznes və investisiyalar üçün tam əlverişli və cəlbedici mühit yaratmaq lazımdır.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
Nazri müavini əlavə edib ki, burada ilk növbədə yollar, elektrik enerjisi, su və digər əsas infrastruktura çıxışın təmin edilməsini nəzərdə tutulur:
“Eyni zamanda, hüquqi müstəvidə sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmalı, onların bu ərazilərdə biznes qurmasına və yeni iş yerləri yaratmasına imkan verilməlidir.
Çünki hesab edirəm ki, biznesi bu ərazilərdə necə qurmağı hökumətdən daha yaxşı biznesmenlər və investorlar bilir.
Məhz buna görə də əsas məqsədimiz investorlar və sahibkarlar üçün əlverişli şərait yaratmaqdır. Bura həm əlverişli hüquqi çərçivənin formalaşdırılması, həm də zəruri infrastruktura çıxışın təmin edilməsi daxildir”.