BAKI, 3 sentyabr. TELEQRAF

“Rusiya və Ukrayna öz aralarında razılığa gəlməlidir, bundan sonra digər ölkələr ancaq dəstək və kömək edə bilərlər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

“Rusiya və Ukrayna əvvəlcə öz aralarında razılığa gəlməlidir. Bütün digər ölkələr isə dəstək göstərməyə və kömək etməyə hazırdır. Təkcə Amerika Birləşmiş Ştatları deyil, burada iştirak edən digər ölkələr də”, - o bildirib.

Putin Çinin də buna daim diqqət yetirdiyini və problemin dinc yolla həll olunması üçün əlindən gələni etdiyini qeyd edib. Rusiya lideri əlavə edib ki, Çin Sədri Si Cinpin onunla görüşəndə ​​də bu məsələni daim qaldırır.