BAKI, 3 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə münaqişənin həlli üçün şansın olduğuna inanır.
Teleqraf xəbər verir ki, bu barədə o, Şərq İqtisadi Forumunun plenar iclasında danışıb.
“Bu məsələnin həllinə töhfə verməyə çalışan hər kəsə minnətdarıq. Bir şans varmı? Məncə, bəli, var”, - deyə Rusiya dövlət başçısı bildirib.