BAKI, 24 avqust. TELEQRAF

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupovanın son durumu açıqlanıb.

TƏBİB-dən Teleqraf-a verilən məlumata görə, 1954-cü il təvəllüdlü Xalq artistinin müalicəsi Kliniki Tibbi Mərkəzdə palata şəraitində davam etdirilir.

Məlumata görə, onun vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, avqustun 21-də yol qəzasına düşən Ş.Yusupova Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.