BAKI, 24 avqust. TELEQRAF
Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanovun vida mərasiminin vaxtı və dəfn ediləcəyi məkan məlum deyil.
Bu barədə Teleqraf-a Xalq artistinin köməkçisi Gülzar Eminova məlumat verib.
Onun sözlərinə görə, yaxın zamanlarda bu barədə rəsmi məlumat yayılacaq.
"Tofiq Bakıxanov ötən gün axşam saatlarında evdə dünyasını dəyişib. Xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ev şəraitində müalicə alırdı", - deyə köməkçi əlavə edib.
Qeyd edək ki, Tofiq Bakıxanovun 96 yaşı var idi.