BAKI, 25 avqust. TELEQRAF

"Tofiq Bakıxanov Azərbaycan mədəniyyətində mühüm və əvəzsiz yer tutur".

Teleqraf xəbər verir ki, bunu Xalq artisti Tofiq Bakıxanov ilə vida mərasimində jurnalistlərə açıqlamasında əməkdar incəsəbət xadimi Cavanşir Quliyev deyib.

"O, uzun və zəngin yaradıcılıq yolu keçməklə Azərbaycan musiqi mədəniyyətinə çoxsaylı dəyərli əsərlər bəxş edib və xalqın böyük sevgisini qazanıb. Onun yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsi kimi gələcək nəsillərə ötürüləcək, gənclər onun əsərlərindən bəhrələnəcəklər. Tofiq Bakıxanovun adı və sənəti xalqın yaddaşında əbədi yaşayacaq", - deyə C.Quliyev əlavə edib.