BAKI, 25 avqust. TELEQRAF
"Tofiq Bakıxanov böyük bir nəslin görkəmli yadigarlarından biri idi. Ömrü boyu mənsub olduğu nəslin adını yaşatmağı, onun dəyərlərini qorumağı öz qarşısında məsuliyyətli bir vəzifə kimi qoymuş və buna çalışmışdı".
Teleqraf xəbər verir ki, bunu Xalq artisti Tofiq Bakıxanov ilə vida mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli
deyib.
"O, sözün əsl mənasında, azərbaycançılıq ideyasına və musiqişünaslıq sahəsinə böyük xidmətlər göstərmiş dövlətçi bir insan idi. Onun yaradıcılığı dillər əzbəri olmuşdu. Tofiq Bakıxanov Azərbaycan musiqi yaradıcılığının böyük sənətkarlarından biri, Azərbaycan musiqisinin şedevrlərinə imza atan bəstəkar idi. Onun azərbaycançılıq ruhunda yaratdığı əsərlər bundan sonra da yaşayacaq, gələcək nəsillərə çatdırılacaq",-İ. Həbibbəyli əlavə edib.