BAKI, 3 sentyabr. TELEQRAF
İran İsrailin Livanın cənubundakı Əli əl-Tahir yüksəkliklərinə hücum edəcəyi təqdirdə buna cavab verəcəyi barədə ABŞ-yə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, bu bölgədə “Hizbullah” qüvvələri ilə yanaşı, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 12-dən çox sıravi üzvü və iki yüksək rütbəli zabiti də var.
Tehran İsrailin bu yüksəkliklərə genişmiqyaslı hücumuna İranın genişmiqyaslı hücumla cavab verəcəyi barədə xəbərdarləq edib. Mənbə mesajın Oman vasitəsilə çatdırıldığını, digər bir mənbə isə ABŞ-nin təzyiqindən sonra İsrailin Əli əl-Tahirə hücumu təxirə saldığını deyib.
Ağ Ev rəsmisi “Reuters”in sorğusuna cavab olaraq bildirib ki, bu, doğru deyil”.
“Hizbullah” da Əli əl-Tahir ərazisində SEPAH qüvvələrinin mövcudluğunu təsdiq və ya təkzib etməyib.
İsrail ordusu Əli əl-Tahir yüksəkliklərini əməliyyatın əsas istiqamətlərindən biri kimi bəyan edib. “Hizbullah” isə xəbərdarlıq edib ki, bu əraziyə istənilən genişmiqyaslı hücum tammiqyaslı müharibəyə qayıdış demək olacaq.