BAKI, 29 mart. TELEQRAF
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev I Fəxri xiyabanda dəfn ediləcək.
Bu barədə Teleqraf-a Xalq artistinin oğlu Ülvi Balayev məlumat verib.
Onun sözlərinə görə, Rasim Balayevlə vida mərasimi sabah saat 12:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
Qeyd edək ki, R.Balayev Türkiyədə vəfat edib. Onun nəşi bu gün axşam saatlarında Azərbaycana gətiriləcək.