BAKI, 22 yanvar. TELEQRAF

Tanınmış aktyor Hikmət Rəhimov baş rolda oynadığı və rejissoru olduğu “Səkkiz” çoxseriyalı filminin ARB televiziyasında yayımı bərpa olunub.

Teleqraf xəbər verir ki, bu haqda aktyorun özü məlumat verib.

“Filmin yayımı bərpa olunub. Rəsmi qurumlar həm yaradıcı heyətə, həm də tamaşaçıların maraq və istəklərinə müsbət cavab verdi. Ədalətli qərar verən, Azərbaycan kino və serial sənayesinin inkişafına dəstək göstərən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Senzura qadağası incəsənətin inkişafına mane olan amildir. Yanvarın 24-də ARB televiziyasında “Səkkiz”in ilk bölümünün nümayişi olacaq” - rejissor bildirib.

Qeyd edək ki, ötən günlərdə “Səkkiz” filminin ARB televiziyasında və Park Cinema kinoteatrında yayımı dayandırılmışdı.