BAKI, 16 yanvar. TELEQRAF

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin səhhətində problem yarannması haqqında yayılan xəbərlər yalandır.

Bunu Teleqraf-a Xalq artistinin oğlu Ülvi Balayev deyib.

"Atamın səhhəti yaxşıdır və hər hansı problemi yoxdur. Hazırda evdədir, istirahət edir. Yayılan məlumatlar həqiqəti əks etdirmir",-deyə o, əlavə edib.

Qeyd edək ki, mediada Rasim Balayevin səhhətində problem yarandığı, əsəb pozğunluğu keçirdiyi bildirilib.