BAKI, 14 oktyabr. TELEQRAF

Maqsud İbrahimbəyovun təcrübəsini öyrənmək son dərəcə vacibdir.

Teleqraf xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, kinorejissor, kinoşünas Ayaz Salayev Maqsud İbrahimbəyovun 90 ildönümü ilə bağlı "LİBRAFF" kitab mağazasında keçirilən tədbirdə deyib.

O bildirib ki, Maqsud İbrahimbəyovun yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatının deyil, ümumilikdə dünya ədəbiyyatının mühüm hissəsinə çevrilib:

“Maqsud İbrahimbəyovun təcrübəsini öyrənmək son dərəcə vacibdir. İcazənizlə, mən bəzən fikirlərimi rus dilində ifadə edəcəyəm. Çünki Maqsud İbrahimbəyov rus dilində yazırdı və bu, həm onun, həm də bir sıra yazıçıların gətirdiyi mədəni irsin bir hissəsidir. Onun əsərləri dünyada oxunur, kitabları müxtəlif dillərə tərcümə edilir. O, yalnız Azərbaycan ədəbiyyatında deyil, ümumilikdə dünya ədəbiyyatında yeni bir üslub formalaşdırdı”.