BAKI 13 oktyabr. TELEQRAF

Xalq artisti, tarzən Ramiz Quliyev süni tənəffüs aparatından ayrılıb.

Bu haqda Teleqraf-a onun oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib.

O bildirib ki, atasının müalicəsi Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsində davam edir.

Qeyd edək ki, Ramiz Quliyevin 78 yaşı var. Onun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb.