BAKI, 13 avqust. TELEQRAF
"Bilmirəm kimdir ölüm xəbərimi yayan, şübhələndiyim də yoxdur".
Bunu Teleqraf-a açıqlamasında aktyor Azər Axşam ölüm xəbəri yayanlar haqqında danışarkən deyib.
O bildirib ki, bu xəbəri yayanların kimliyini bilmir: "Allah onları hidayət eləsin, ixlas versin. Artıq ikinci dəfədir belə xəbər yayırlar, bunun səbəbini bilmirəm".
Azər Axşam hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək fikrində olmadığını, əvvəlki təhqir hallarında şikayət etsə də, nəticə əldə etmədiyini deyib:
"Vaxtilə təhqiramiz paylaşımlarla bağlı müraciət etmişdim, amma heç bir nəticə olmadı. Buna görə də bu dəfə onları Allaha həvalə edirəm. Allah eynisini onlara yaşatsın".