BAKI, 8 dekabr. TELEQRAF
1970-ci ildən bəri ilk dəfə Türkmənistanda Türküstan uzunqulaq yarasasına rast gəlinib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.
Kəşf 2025-ci ilin oktyabrında Qaraqum səhrasına ekspedisiya zamanı edilib. Berlin Təbiət Tarixi Muzeyinin rəhbərliyi ilə Türkmənistan, Almaniya və Özbəkistandan olan beynəlxalq alimlər qrupu yarasaların mümkün yaşayış yerlərini araşdırıb. Gənc dişi qayanın yarığında, yetkin erkək isə Özbəkistanla sərhəddəki mağarada tapılıb.
Alimlər yarım əsrdə canlı nümunələrin ilk fotoşəkil və videolarını çəkərək, səslərini qeydə alıblar, həmçinin genetik tədqiqatlar üçün nümunələr toplayıblar.
.jpg)
Növ iqlim dəyişikliyi ilə əlaqədar təhlükə altındadır, bildirilib ki, sərhəd bölgəsində tapılması bu yarasaların Özbəkistanda mövcudluğunu göstərə bilər.
Türkmənistan uzunqulaq yarasanın yenidən kəşfini 50 min hektardan çox ərazini əhatə edən qoruğun yaradılması layihəsinə daxil etməyi planlaşdırır ki, bu da təkcə növlərin deyil, həm də çöl biomüxtəlifliyinin mühafizəsinə kömək edəcək.