BAKI, 21 avqust. TELEQRAF

Vaşinqtondan olan balıqçının dənizə çıxdığı yaxta Kaliforniya sahillərində aşkar edilib.

Teleqraf xəbər verir ki, 70 yaşlı Coel Kavahar avqustun əvvəlində dənizə çıxıb.

Avqustun 8-də o, sonuncu dəfə əlaqə saxlayıb, sonra əlaqə kəsilib. Sahil mühafizəsi balıqçı yaxtasını izləməyə başlayıb. Kavahar əlaqəyə çıxmasa da, yaxtanın bir neçə gün ərzində cənuba doğru hərəkət etdiyi müəyyən edilib.

Avqustun 12-də axtarış təyyarəsi yaxtanın üzərindən uçub və onun işıqlarının yanılı, xilasetmə qayığının isə yerində qaldığını görüb. Kabus-gəmi Kaliforniya sularına daxil olduqda, sahil mühafizəsi xilasetmə gəmisi göndərib. Onun ekipajı da gəmidə heç kimin olmadığını müəyyən edib. Yaxtanın sahibi izsiz-soraqsız yoxa çıxıb.

Kavaharın axtarışlarını dayandırmaq qərarı alınıb.