Rusiyalı müğənni Alla Puqaçova “Müharibə” adlı yeni mahnısını təqdim edib.

Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, mahnının müəllifi pskovlu dəmirçi Yevgeni Vagindir.

Müğənni deyib: “O, musiqiçi deyil. Mən bu mahnıdan çox təsirləndim. Mahnıda xüsusi bir şey yoxdur. Yalnız həqiqət və düzgünlük var. Vəssalam”.