Müğənni Samir Cavadzadə "O səs Türkiyə"də qalib olan dostu Elnur Hüseynovdan danışıb.

Teleqraf.xom xəbər verir ki, ifaçı "ATV Maqazin"ə açıqlamasında Elnurun Bakıya tez qayıtmasını istəmədiyini deyib:

"Onun birinci olması bütün xalqın uğurudur. Türkiyədə elə bir səs yoxdur. Çox sevindiricidir ki, nəhayət, Elnuru dinləməyə başladılar. Hamı deyir Elnur itmişdi, dəvətlərə getmirdi. Başqa tərzdə insandı, bunu irad tutmaq lazım deyil. Mən ona nisbətən daha çox efirlərdə görünürəm. İstəmirəm Elnur Azərbaycana tez qayıtsın. Ən az Türkiyədə bir albom hazırlasın. Elnurun geyiminə də söz atırlar ki, papağı çıxarsın".

Rüstəm