
Hollivudun tanınmış aktrisalarında olan Liv Teylor və həyat yoldaşı futbol agenti Deyv Qardner yeni doğulan körpələrinə Seylor Cin adını qoyublar.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa bu barədə “Instagram” hesabında oğlunun əl şəklini paylaşaraq yazıb.
Xatırladaq ki, L.Teylor fevralın 11-də ikinci dəfə ana olub. Bu, L.Teylorla D.Qardnerin hər ikisinin ikinci övladıdır. Belə ki, Livin ilk evliliyindən 10 yaşlı, Deyvin isə 7 yaşlı oğlu var.
Rüstəm