
Türkiyənin tanınmış siması Kənan İmirzalıoğlu dəyəri 1,5 milyon dollar olan layihəyə imza atıb.
Teleqraf.com-un "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə seriallarının sevimli aktyoru yeni reklamda rol alacaq.
Onun məşhur məişət texnikası firması ilə razılığa gəldiyi bildirilir. Artıq Manisada reklamın çəkilişlərinə başlanılıb.