.jpg)
Xalq artisti Brilliant Dadaşova sevilən “Apar məni” mahnısını dinləyicilərə yeni versiyada təqdim edib.
Teleqraf.com xəbər verir ki, mahnı ilə bərabər müğənni sosial şəbəkələrdə Maldiv adalarında reallaşan klip çəkilişləri zamanı lentə alınan fotolarını da paylaşıb. Zərərli vərdişlərdən uzaq olub daim sağlam həyat tərzi təbliğ edən müğənninin xarici görünüşünün formada olması sevənləri tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, sözləri Cəlal Qurbanov, musiqisi Rüstəm Zeynallıya məxsus “Apar məni” mahnısı bir neçə il əvvəl ifa olunub. Mahnıya Türkiyədə çəkilən klip uğurla həm qonşu ölkənin, həm də yerli kanallarda yayımlanıb və dinləyicilər arasında hitə çevrilib. Bunlara baxmayaraq aranjemandan məmnun qalmayan xalq artisti illər sonra sevilən mahnısını yenidən türk musiqiçiləri ilə ərsəyə gətirib.
Pərvin