Türkiyədə "Star" TV-də yayımlanan “Yalı çapkını” serialının aktrisası sevgilisi, aktyor Mert Ramazan Demir ilə ayrılıqdan sonra ilk dəfə görüntülənib.

Teleqraf.com xəbər verir ki, Nyu-Yorkdan istirahətdən İstanbula qayıdan Afra Saraçoğlu media nümayəndələrinin Mert Ramazan Demirdən ayrılması haqqında sualarını cavabsız qoyub.

Qeyd edək ki, hər iki məşhur "Yalı çapkını" serialının baş qəhrəmanlarıdırlar.