Türkiyənin tanınmış müğənni və rejissoru Özcan Dənizin çəkdiyi yeni “Sevimli təhlükəli” filminin təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, İstanbulda keçirilən qala gecəyə filmin baş rol ifaçıları Ayça Ayşin Turan və Şükrü Özyıldız ilə yanaşı digər tanınmışlar da qatılıb.

Gecənin qonaqları arasında tanınmış aktrisa Məryəm Üzərli, Nurgül Yeşilçay, Gizem Karaca, Tuba Melis Türk, aktyor Ərkan Petekkaya, Kərəm Bursin, futbolçu Caner Erkin və xanımı Asena da olub.

Qeyd edək ki, “Sevimli təhlükəli” filminin Bakı təqdimatı fevralın 23-də olacaq.

Teleqraf.com gecədən fotoları təqdim edir :

Rüstəm