ABŞ-yə köçən aparıcı Hüsniyə Məhərrəmova sosial media hesabında şəbəkə izləyicilərinin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Hüsniyə Məhərrəmova sosial şəbəkə istifadəçisinin “Bu nə qədər qazanır ki, bu qədər uçur?” sualına “Çox”, - deyə cavab verib.

Hüsniyə “Amerikada nə ilə məşğulsunuz?” sualına isə “Bilet pulu qazanmaqla” deyib.

O “ABŞ-yə köçmüsünüzsə, niyə iki gündən bir Bakıya gəlirsiniz?” sualına “Kabab yeməyə” cavabını verib.

Aparıcı ABŞ-dən tez-tez Bakıya gələrkən yorulduğunu da etiraf edib:

“Bu dəfə çox yoruldum. Ona görə bir müddət gəlməyəcəyəm. Sevdiyim adamlar ABŞ-yə köçsə, bəlkə heç gəlmədim”.