Türkiyənin məşhur serialı “Yalı Çapkını”nın baş qəhərmanları Mert Ramazan Demir və Afra Saraçoğlunun İspaniyada gizlincə evləndikləri iddia edilib.

Teleqraf.com xəbər verir ki, İspaniyaya istirahətə yollanan cütlük nikah masasına əyləşib.

Cütlüyə yaxın mənbə isə Mert Ramazan Demir və Afra Saraçoğlunun evlənmədiyini bildirib: "Doğru deyil, onlar evlənməyiblər. Sadəcə İspaniyada istirahət edirlər".