Məşhur model Kara Delaviqne Pepe Jeans brendinin yeni kolleksiyasının reklam çəkilişi  üçün kamera qarşısına keçib.

 

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Pepe Jeans markası yaz-yay 2015 reklam kampaniyasını təqdim edib. Fotoqraf Mario Sorrentinin obyektivi qarşısında Pepe Jeans geyinmiş gənclərin əhatəsində Kara Delevin görünüb. 22 yaşlı britaniyalı model yoldaşları ilə birlikdə fontanda oynayır, heykəllərə dırmaşır, Pepe Jeans adults yaz-yay kolleksiyasından olan şortları, gödəkcələri və kombinezonları nümayiş etdirir. Ağ-qara şəkillər ola bilər ki, çəkiliş meydançasında baş verən şənliyi tam əks etdirmir, ancaq hər kəsin kampaniyanın atmosferinə yüklənməsi üçün brend rəsmi video təqdim edib.

 

Teleqraf.com modelin fotosessiyasını təqdim edir :

 

Rüstəm