Aparıcı Hüsniyyə Məhərrəmova “Avroviziya-2024” müsabiqəsinin musiqi prodüseri Eldar Qasımovun istefasını tələb edən sosial şəbəkə izləyicilərinə cavab verib.

Teleqraf.com xəbər verir ki, Hüsniyyə Məhərrəmova İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:

“Bezdirdiniz... Eldar Qasımov hər şeyi düz edib. Onsuz da sizi razı salmaq mümkün deyil. Mənə “Avroviziya”dan yazana söyüş qoymuşam...”.

Qeyd edək ki, “Avroviziya-2024” təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov müsabiqənin final mərhələsinə keçə bilməyiblər.