
Tanınmış aktyor, “Game of throns” serialının ulduzu Kit Harinqton “Jimmy Choo” brendinin yeni reklam kampaniyasında çəkilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, aktyor reklam çəkilişləri barədə "Mən model deyiləm, lakin “Jimmy Choo” ilə çalışmaqdan məmnunam" söyləyib.
Tanınış fashion-fotoqraf Stiven Klyaynın çəkdiyi fotolarda Kit brendin yeni kolleksiyasından olan ayaqqabıları və aksessuarları nümayiş etdirir. Fotosessiyada onun tərəf müqabili amerikalı model Ondria Hardin olub.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm