Türkiyəli məşhur müğənni Kənan Doğulu və aktrisa Beren Saat evliliklərinin səkkizinci ildönümünü qeyd ediblər.

Teleqraf.com xəbər verir ki, Kənan Doğulu İnstaqram səhifəsində Beren Saatla fotosunu paylaşaraq "Yıxılanda qalx deyən ilkimsən, yıxılanda uzanan ilk əl sənin olsun", - deyə vurğulayıb.

Qeyd edək ki, cütlük 2014-cü ildə Los-Ancelesdə nikah masasına əyləşiblər.