BAKI, 17 avqust. TELEQRAF
“Paris Sen-Jermen” (PSJ) Fransa Superkuboku uğrunda keçirilən qarşılaşmada “Lans”a 0:1 hesabı ilə məğlub olub.
Teleqraf xəbər verir ki, görüş Lans şəhərindəki “Bollar-Delelis” stadionunda keçirilib.
Matçın yeganə qolunu 32-ci dəqiqədə “Lans”ın futbolçusu Florian Toven vurub.
Görüşün 39-cu dəqiqəsində “Lans”ın müdafiəçisi İsmayelo Qanyu birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. PSJ-nin müdafiəçisi Nunu Mendeş isə 87-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.
“Lans” isə tarixində ilk dəfə Fransa Superkubokunun qalibi olub. Komanda bu turnirdə ikinci dəfə iştirak edib. Klub 1998-ci ildə Superkubok matçında PSJ-yə 0:1 hesabı ilə uduzmuşdu.
“Lans” 2025/26 mövsümündə Fransa Kubokunun qalibi kimi, PSJ isə ölkə çempionu qismində Superkubok matçında iştirak hüququ qazanıb.
Qeyd edək ki, Fransa Superkuboku 1995-ci ildən keçirilir. Turnirin rekordçusu 14 dəfə kuboku qazanan PSJ-dir.