BAKI, 16 avqust. TELEQRAF
“Daha çox qol fürsətlərimiz oldu, amma yararlana bilmədik. Həmçinin 1 qol da buraxdıq. Bu cür qol mənim üçün gözlənilməz oldu. Mövsümə qələbə ilə başladığımız üçün xoşbəxtəm”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının I turunda “Sumqayıt”la oyunda 3:1 hesabı ilə qələbə qazanan “Neftçi”nin baş məşqçisi Yuri Vernidub deyib.
Mütəxəssis Kenan Piriçin durumu ilə bağlı bunları söyləyib:
“Hazırda hamı komandadadır. Zədəsi olduğu üçün iştirak ərizəsində Piriçin adı yoxdur. Transfer işlərimizlə bağlı çalışmalar davam edir. Möhkəmlənməyə ehtiyacımız var. Bu, ağır prosesdir. Bəzən futbolçular qarşımıza elə şərtlər qoyurlar ki, razılaşmaq olmur. Yalnız pulu düşünən futbolçuların komandamızda olmasını istəmirik. Bu gün heyətimizdə yetərincə yerli futbolçu çıxış edirdi. Onlar üzərlərində çalışırlar, bunu haqq edirlər”.