BAKI, 16 avqust. TELEQRAF
Yunanıstanın Salamin adasında baş verən meşə yanğınları nəticəsində iki nəfər həyatını itirib, yüzlərlə insanın təxliyəsi həyata keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Qeyd olunur ki, Salamin adasında iki ayrı yanğın baş verib. Güclü külək alovun sürətlə yayılmasına səbəb olub. Yanğın zamanı iki nəfər həlak olub.
Yanğınla əlaqədar yüzlərlə sakin və istirahətçinin təhlükəli ərazilərdən təxliyə edildiyi bildirilib. Yanğının söndürülməsinə çox sayda yanğınsöndürən, təyyarə və helikopter cəlb olunub.