SAMUX, 16 avqust. TELEQRAF

Hadisə rayonun Əhmədbəli kəndində qeydə alınıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görəİ, sürücü qarşısına çıxan manedən qorunmaq məqsədi ilə idarə etməni itirib və avtomobil qəza törədib.

Nəticədə 1976-cı il təvəllüdlü Anar Quliyev və onun oğlu 2002-ci il təvəllüdlü Murad Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.