İMİŞLİ, 16 avqust. TELEQRAF
İmişlidə təkər partlaması nəticəsində xəsarət alan şəxs Bakıya göndərilib.
Teleqraf-ın TƏBİB-ə sorğusuna cavab olaraq bildirilib ki, İmişli rayonu ərazisində iş yerində təkər partlaması nəticəsində xəsarət alan 1995-ci il təvəllüdlü şəxs (kişi) 16.08.2026-cı il tarixində saat 16:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona gicgah sümüyünün köndələn sınığı, kəllə əsası sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra Respublika Klinik Xəstəxanasına təxliyə olunub.
***
2026.08.16
23:22
İmişli rayonunda təkər partlaması zamanı usta xəsarət alıb.
Teleqraf-ın xəbərinə görə, hadisə rayonun Məzrəli kəndində olub.
Belə ki, qoşqulu yük maşınının şininin təmiri zamanı qəfil partlayış baş verib. Nəticədə təmir işlərini həyata keçirən usta xəsarət alıb.
Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.