BAKI, 17 avqust. TELEQRAF
“Ferrari” şirkətinin ilk elektromobili olan “Ferrari Luce” ABŞ-də keçirilən hərracda rekord məbləğə – 40 milyon dollara satılıb.
Teleqraf xəbər verir ki, bu barədə “RM Sotheby’s” hərrac evi məlumat yayıb.
Hərrac ABŞ-nin Kaliforniya ştatının Monterey şəhərində keçirilib. Satılan avtomobil “Ferrari Luce” modelinin “Chassis 0” adlandırılan ilk seriya nümunəsidir.
“RM Sotheby’s” avtomobili “Ferrari”nin dizayn, material və rəng sahəsində apardığı tədqiqatların ən qabaqcıl nümunələrindən biri kimi təqdim edib.
“Chassis 0 kimi qeyd olunan bu avtomobil ‘Ferrari Luce’ modelinin ilk seriya versiyasıdır”, – hərrac evinin məlumatında bildirilib.
Avtomobilin 40 milyon dollara satılması onu hərracda ən yüksək qiymətə alıcı tapan yeni “Ferrari” modellərindən birinə çevirib.
“Ferrari Luce” İtaliya istehsalçısının tam elektrik ötürücü sistemi ilə təchiz edilən ilk avtomobili olması baxımından şirkətin tarixində yeni mərhələ hesab olunur.