BAKI, 17 avqust. TELEQRAF
ABŞ-nin İndiana ştatında güclü fırtına və daşqınlar nəticəsində azı 7 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət avqustun 11-də ştatın müxtəlif ərazilərinə ciddi ziyan vurub. Güclü yağışların səbəb olduğu daşqınlar insan tələfatına gətirib çıxarıb.
Məlumata görə, ölənlərin yaşı 4-dən 86-dək dəyişir.
Fırtına və daşqınların vurduğu ziyanın miqyası, eləcə də itkin düşənlərin olub-olmaması ilə bağlı əlavə məlumat verilməyib.
Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.