BAKI, 16 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Misirin Əl-Alameyn şəhərində Qəzza ilə bağlı məsələlər də daxil olmaqla bir sıra görüşlər keçirib.
Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Kuşner, Qəzza üzrə Sülh Şurasının yüksək vəzifəli nümayəndəsi Nikolay Mladenov, vasitəçilər və HƏMAS nümayəndələri arasında görüş Misirin Əl-Alameyn şəhərində başa çatıb.
Bildirilib ki, Kuşner Əl-Alameyndə bir neçə görüş keçirib və danışıqlarda Qəzzadakı vəziyyət əsas müzakirə mövzularından biri olub.