BAKI, 16 avqust. TELEQRAF
Azərbaycan Premyer Liqasında I turun oyunları davam edir.
Teleqraf xəbər verir ki, günün ilk qarşılaşmasında “Neftçi” “Sumqayıt”ın qonağı olub.
“SOCAR Polymer Arena”da keçirilən matç qonaqların qələbəsi ilə başa çatıb - 3:1 .
“Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə 74-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, günün digər qarşılaşmasında “Zirə” “Şəfa”nı qəbul edəcək.