BAKI, 17 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetə Cənubi Koreya ilə keçirilən birgə hərbi təlimlərin miqyasını azaltmağı tapşırıb.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp özü açıqlama verib.

ABŞ lideri qərarın Şimali Koreya ilə münasibətlər nəzərə alınaraq qəbul edildiyini bildirib.

Trampın sözlərinə görə, Vaşinqton və Seul arasında keçirilən birgə hərbi təlimlərin miqyası azaldılmalıdır.

Açıqlamada təlimlərin hansı həcmdə ixtisar ediləcəyi və qərarın nə vaxt qüvvəyə minəcəyi barədə əlavə məlumat verilməyib.