Bred Pitt 1918-ci ildə tikilmiş 40 milyon dollarlıq malikanə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb .

58 yaşlı aktyorun aldığı ev Kaliforniyanın Karmel qayasında yerləşir və ştatda ən bahalı ev sayılır.

Malikanə 1918-ci ildə 20-ci əsrin məşhur memarı Çarlz Summer Qrin tərəfindən yazıçı Daniel Lyuis Ceyms üçün tikilib.

Evin xarici hissəsindəki mürəkkəb kərpic işləri memar tərəfindən diqqətlə hazırlanıb.