Tanınmış meyxanaçı Elşən Xəzər “Təbrizin sehrli nağılları” kitabı ilə sosial şəbəkədə fotosunun yayılmasına münasibət bildirib.

O, Teleqraf.com-a açıqlamasında fotonun montaj olduğunu vurğulayıb: “Mən "Təbrizin sehrli nağılları” kitabından xəbərdar deyiləm. Kitab nədən bəhs edir?! Yaxın günlərdə Bakıda da olmamışam, rayonlarda toy mərasimlərində idim. Belə bir kitabı tanımıram, görməmişəm. Montaj ediblər. Bu, siyasi məsələdirsə, siyasətə qarışmıram. Mənim barəmdə o qədər böhtan yazıblar ki..."

Qeyd edək ki, yaxın günlərdə İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehrli nağılları” adlı kitabı oxuduğunu və buradan Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox məlumat əldə etdiyini yazıb. Diplomatın fotosu trendə çevrilib və bir çox insanlar kitabla şəkil çəkdirib paylaşıblar.