"Nubia" jurnalı dünyanın ən gözəl qadını statusu ilə bağlı səsvermə keçirib.

Teleqraf.com xəbər verir ki, orada dünyanın 116 ölkəsindən bir milyondan çox insan iştirak edib. Beş aylıq sorğunun nəticələrinə görə, Cənubi Koreyalı model, aktrisa və müğənni Kim Jisoo "ən cazibədar qadın" seçilib.

Koreya qrupunun üzvünə 500 minə yaxın insan səs verib, ikinci yerdə tayvanlı müğənni və Twice qrupunun solisti Zhou Tzuyu qərarlaşıb. Üçüncü yerdə isə BLACKPINK qrupunun üzvü olan tailandlı müğənni, reper və rəqqasə Lalisa Manoban qərarlaşıb.