Xəbər verdiyimiz kimi aparıcı Nigar Mahmudova Xəzər televiziyasında fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, "Xəzər Xəbər"in aparıcısı təəssüratlarını dilə gətirib:

"Girişdə həyəcanlı idim. Ürəyim elə çırpınırdı ki, nəfəsim gəlmirdi. İki-üç xəbərdən sonra keçdi, altı il zarafat deyil. Bu müddət ərzində nə edirdim? Türkiyədə Haber Global kanalında Azərbaycan xəbərləri redaktoru olaraq gecə-gündüz vətənə xidmət edirdim və peşəkarlığımı artırırdım. Öyrənməyə davam... Yeni ünvan Xəzər televiziyası…Burada da həm öyrənəcək çox şey var, həm də təcrübəmi paylaşacaq...".

Aparıcı Xəzər televiziyasının rəhbəri Murad Dadaşova da təşəkkür edib: "Xüsusi təşəkkürüm var, hamımızın sevimlisi, gənclik dövrümdən sevdiyim əsrin çempionu Murad Dadaşova. Mənə elə bir doğmalıq göstərdi və "qucaq açdı" ki, dedim, mütləq Xəzər televiziyasında çalışmalıyam. Hər şey üçün çox sağ olun. Əziz, doğma, mehriban insan. Bu münasibətin həmişə davam etməsi və etimadınızı doğrultmaq üçün əlimdən gələni edəcəm".