Plastik əməliyyatı ilə gündəmə gələn aktrisa Ülviyyə Xəlilbəyova tənqidlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, Ülviyyə Xəlilbəyli İnstaqramda görüntü paylaşaraq “Bella eyes” əməliyyatı keçirdiyini bildirib:

"Nəhayət, açıqlama zamanı gəldi. Bu qədər gözləməyimin səbəbi isə üzümdəki şişkinliyin çoxluğu ilə əlaqədar idi. Təbii ki, hər kəsin orqanizmi eyni deyil. Mən ödəmə meyilli olduğum üçün bu prosesi çətinliklə keçirdim. Gördüyünüz isə tam nəticə deyil. Bunun üçün ən az 6 ay gözləməliyəm. Çoxdandır bu əməliyyatı etdirmək istəyirdim. Qaşla-göz məsafəm bir-birinə yaxın idi. Yaş artdıqca, bu daha da çoxaldı”.

Bundan sonra sosial şəbəkədə tənqidlərə məruz qalan aktrisa paylaşımını silib. Və tənqidlərə cavab verib: "Özümü kiməsə bənzətməyə çalışmamışam. Göz quruluşumdan da kifayət qədər məmnun olmuşam. Problem qaşlarımın düşük olması, qaş-göz məsafəsinin kiçik olması idi. Heç olmasa yazanda insaflı yazın".

Qeyd edək ki, Ülviyyə Xəlibəyli aktyor Murad İsmayılla evlidir. Cütlüyün iki övladı var.