Əməkdar artist Cavanşir Məmmədovun "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinə getmək istəyi sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Cavanşir Məmmədov Teleqraf.com-a açıqlamasında deyib ki, ona bu istiqamətdə sual ünvanlandığı üçün istəyini açıqlayıb.
"Sual verildi, mən isə istəyimi dilə gətirib, cavablandırdım, - deyə bildirib.
Əməkdar artist "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində hansı mahnı ilə çıxış etmək istərdiniz" sualını isə belə cavablandırıb:
"Hansı mahnı lazım olsa, o zaman üzə çıxacaq. İndi o haqda danışmağa dəyməz".
Qeyd edək ki, Cavanşir Məmmədov "Elgizlə izlə" verilişində aparıcının "Siz də getmək istəyərdiniz" sualına müsbət reaksiya göstərib: ""Avroviziya"ya getmək istəyərəm. Orada beş nəfərlik qrupla çıxış edərəm, dünya bir-birinə dəyər. Deyəcəklər ki, davul, sazla, zurna ilə oxuyacaqsan? Bəli...".