Türkiyənin məşhur "Aşk-ı Memnu" serialının baş qəhrəmanları Bihter və Behlül yenidən bir araya gəliblər.
Teleqraf.com xəbər verir ki, Beren Saat ilə Kıvanç Tatlıtuğ illər sonra "Netflix" platformasında yer alacaq sevgi mövzusunda çəkilən filmdə rol alacaqlar.
Filmin ssenarisini Nuran Evren Şit yazacaq.
Ekran əsərinin çəkilişləri İstanbul və Nyu-Yorkda baş tutacaq.
Qeyd edək ki, "Aşk-ı Memnu" serialı 12 il əvvəl çəkilib.